Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128421
az

Türkiyə və Ermənistanın birgə əməliyyatı: Tutulan şəxslər kimlərdir? (VİDEO)

13:1120 Yanvar, 2025
254
REDAKTORUN SEÇİMİ
  • A

Türkiyə Daxili İşlər Nazirliyi bildirib ki, mütəşəkkil cinayətkarlıqla məşğul olan və İnterpol tərəfindən “qırmızı xəbərdarlıq” almış şəxslər Ermənistan tərəfi ilə aparılan danışıqlar nəticəsində Ermənistandan Türkiyəyə aparılıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “A Haber” məlumat yayıb.


Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir: “Cinayətkar qruplaşmanın lideri Ercan Yılmaz 43 həbs qərarı ilə 15 il ölkə daxilində, 14 il isə İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda idi; İbrahim Kaymak 10 həbs qərarı ilə 6 il milli axtarışda idi.Onlar Ermənistanda saxlanılıblar. Bu gün onlar törətdikləri cinayətlərə görə Türkiyə ədaləti qarşısında cavab vermək üçün Türkiyəyə gətiriliblər”.

Türkiyə Daxili İşlər Nazirliyi əməkdaşlığa görə Türkiyənin Ədliyyə və Xarici İşlər nazirliklərinə, Qaçaqmalçılıq, Mütəşəkkil Cinayətkarlıq və Kəşfiyyat İdarələrinə, eləcə də Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib.

Eyni zamanda Ermənistan Xarici İşlər Nazirliyi İrəvanın Türkiyədə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya etdiyini bildirib: “İnterpolun təqdim etdiyi sorğuya cavab olaraq, 2025-ci il yanvarın 19-da Ermənistan Türkiyə ərazisində mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya edib.",-deyə Ermənistan tərəfi yaydığı rəsmi açıqlamada qeyd edib.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by oxu24.com (@oxu24.comm)

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı