Kazanda Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus pilotsuz təyyarələrin hücumunun hədəfi şəhərin müdafiə zavodları olub.
Oxu24.com xəbər verir ki, 116.RU portalının məlumatına görə, bu barədə şəhər meri İlsur Metşin bildirib.
“Bu səhər şəhərimiz yenidən pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb. Əvvəllər olduğu kimi, hədəf müdafiə zavodları idi”.
Şəhər rəhbəri qeyd edib ki, Ukrayna tərəfi sənaye müəssisələrinə ziyan vurmaqla yanaşı, əhali arasında xaos və çaxnaşma salmağa çalışır, lakin indiki şəraitdə ən düzgün qərar sakit qalmaq və soyuqqanlı davranmaq olardı.
Kazanda, yanvarın 20-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrlə sənaye müəssisələrinə hücum etməyə cəhd göstərib. Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətinin verdiyi məlumata görə, Kazanı və bütün regionu qorumaq üçün bir sıra tədbirlər həyata keçirilib. Nəticədə düşmənin bütün dronları zərərsizləşdirilib. Heç kim xəsarət almayıb və dağıntı qeydə alınmayıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR