Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128383
az

Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar? -VİDEO

23:5919 Yanvar, 2025
100
MANŞET
  • A

Son vaxtlar dəm qazından zəhərlənmələr tez-tez baş verir. Mənzillərdə və fərdi evlərdə qaz sızmasından partlayışlar da az deyil. Mütəxəssislər bildirirlər ki, bu kimi halların qarşısını əvvəlcədən almaq mümkündür. Söhbət qaz sızması, dəm qazı barədə öncədən xəbər verən detektor cihazlarından gedir. Ekspertlər bildirirlər ki, hətta bəzi ölkələrdə bu cihazlardan istifadə məcburidir.

OXU24.COM  "Xəzər" TV-yə istinadən məlumat verir ki, qaz sobasının quraşdırıldığı otaqlarda detektor cihazının yerləşdirilməsi təhlükəsizliyi xeyli artırır.

Ancaq vətəndaşlar nədənsə belə cihazların quraşdırılmasına maraq göstərmirlər.

Mütəxəssislər bildirirlər ki, qaz detektorları qaz sızıntısını erkən aşkar edərək, təhlükə yaranmadan öncə tədbir görməyə imkan yaradır. Qaz detektorlarında yerləşən sensorlar havadakı qaz konsentrasiyasını ölçür. Qaz müəyyən həddi keçdikdə detektor səsli və ya vizual siqnal ilə xəbərdarlıq edir. Bəzi modellər isə havalandırma sistemlərini avtomatik işə salır və ya mənzilə verilən mavi yanacağı bağlayır. Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyir ki, detektor cihazları fərdi evlər, mənzillərlə yanaşı, zirzəmilərdə də quraşdırıla bilər.

Ətraflı süjetdə:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən zərərli şorba - hər gün iştahla yeyirik
Karnitin zərərlidir?
40 yaşından sonra bütün kişilərin qəbul etməli olduğu 6 vitamin

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Xadimə ilə xəyanət etdi: Tanınmış cərrahın ölümünün təfərrüatları