"Bu sənətə başqa ab-hava ilə gəldim. Şöhrət, pul üçün yox, sadəcə, oxumaq istədim. İncimişəm...".
Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samira Allahverdi "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Sənətdən uzaqlaşan və uzun müddətdir depressiya yaşayan ifaçı küskünlüyünü gizlətməyib:
"Kimləsə mübarizə aparmaq, nəyəsə etiraz etmək mənlik deyil. Sakitcə, kənara çəkilmişəm. Çıxıb nəsə deməkdənsə, kənarda dayanmışam. Unudulmaqdan qorxmuram".
Samiranın sənətdən uzaqlaşmasına Əməkdar artist Tünzalə Ağayeva etiraz edib. Müğənni həmkarına dəstək olaraq "İstəmərəm Samira kimi keyfiyyətli müğənni fəaliyyətini dayandırsın. Onun üçün dua edirəm, güclü olsun. Oxuduğu mahnılar yaşayır. Sənətinə heç kim toxuna bilməsin, özünü ayaqda saxlasın. Üzümü tuturam imkanlı insanlara ki, yaxşı sənətkarlarımıza dəstək olsunlar" sözlərini deyib. Oxu24.com
ŞƏRHLƏR