Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128301
az

Netanyahu İsrailin Qəzzada müharibəni bərpa edə biləcəyi şərti açıqlayıb

18:4117 Yanvar, 2025
61
DÜNYA
  • A

Fələstinin Həmas hərəkatı İsrailin təhlükəsizlik tələblərini qəbul etməsə, İsrail ABŞ-ın dəstəyi ilə Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatları bərpa edəcək.

Oxu24.com xəbər verir  ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

İsrailin baş naziri Qəzza razılaşmasının təsdiqlənməsi üçün Nazirlər Kabinetinin iclasında deyib: "Əgər razılaşmanın ikinci mərhələsi üzrə danışıqlar uğursuz olarsa və HƏMAS bizim təhlükəsizlik tələblərimizi qəbul etməsə, biz ABŞ-ın dəstəyi ilə intensiv hərbi əməliyyatları bərpa edəcəyik" .

Bundan əvvəl İsrailin HƏMAS-ı Qəzza zolağı ilə bağlı razılaşmanın razılaşdırılmış bəndlərinə əməl etməkdən boyun qaçırmaqda ittiham etdiyi bildirilirdi. Netanyahunun ofisi Fələstin hərəkatının güzəştə getməyə çalışdığını bildirib, lakin söhbətin konkret nədən getdiyini açıqlamayıb. Ağ Ev öz növbəsində qeyd edib ki, HƏMAS rəhbərliyi girovları azad etməkdən imtina edərsə, yeni eskalasiya mümkündür. İran əmindir ki, israillilər razılaşmadan imtina edə bilərlər.

Sözügedən razılaşma yanvarın 15-də Həmas və İsrail arasında imzalanıb. Münaqişə tərəfləri Qətərin paytaxtı Dohada atəşkəs, həmçinin 42 günlük atəşkəs və əsirlərin mübadiləsi haqqında saziş imzalayıblar.

Bundan əvvəl Həmas İsrailə qarşı yeni ittihamlar irəli sürmüşdü.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moldova Rusiyadan siyahı tələb edir
İraq uşaq nikahını qanuniləşdirib
Tramp Putinə nə deyib?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+