Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128282
az

Hakimin “addımbaşı pul istəyirdilər” iddiasına- Hospitaldan cavab

15:1717 Yanvar, 2025
38
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov araşdırdığı işlərdən biri ilə bağlı məhkəmə iclasında Mərkəzi Gömrük Hospitalı haqda danışıb.

Hakim zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən özünün də hospitalda xoşagəlməz hallarla qarşılaşdığını xatırlayıb: “O vaxt mən koronavirusa yoluxmuşdum. Vəziyyətim pis idi. Belə qərara gəldik ki, Gömrük Hospitalında müalicə alım. Təsəvvür edirsiniz, hara addım atırsan, pul istəyirdilər. Pulsuz adama salam da vermirdilər. 41 dərəcə qızdırmada idim. Deyirəm ölürəm, yardım edin, baxmamış pul istəyirdilər”.

Məsələyə Mərkəzi Gömrük Hospitalı reaksiya verib. Hospitaldan “Qafqazinfo”ya daxil olan açıqlamada hakim Azad Məcidovun müalicə ilə bağlı dediklərinə belə cavab verilib: “Azad Əliağa oğlu Məcidov 13 noyabr 2020 tarixdə ambulator qaydada Mərkəzi Gömrük Hospitalın poliklinik şöbəsinin həkim-terapevtinə müraciət edib və həmin vaxt ağciyərlərin KT-si icra edilib. O, COVİD-lə bağlı hospitalda stasionar müalicədə olmayıb. Azad Məcidovun hospitala başqa müraciəti və ya stasionar müalicədə olması bizim sistemdə qeyd olunmayıb”.

Qeyd edək ki, sözügedən məhkəmə prosesi talasemiyalı uşaqların yaxınlarının aldadılması ilə əlaqədardır. Sonuncu məhkəmə prosesində ifadə verən zərərçəkmiş də təqsirləndirilən şəxslərlə onu Mərkəzi Gömrük Hospitalının həkimi Mir Cəlal Kazıminin tanış etdiyini bildirmişdi. Məhkəməyə sədrlik edən A.Məcidov da məhz bu ifadəyə münasibət bildirərkən hospitaldakı müalicəsindən danışmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Qarabağda bələdiyyə    seçkiləri    keçirilməyəcək

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü