Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128281
az

İşdən əsassız çıxarılan 61 nəfər yenidən öz vəzifəsinə qaytarılıb

15:0817 Yanvar, 2025
45
CƏMİYYƏT
  • A

İşdən qeyri-qanuni azad edilən 60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub. 

 Oxu24.com    xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) məlumat yayıb. 

Bildirilib ki, qurum 2024-cü ildə vətəndaş müraciətlərini araşdırarkən 61 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox məbləğdə vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. 

Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Ödənilən vəsaitin 88,6 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Məktəblərdə 5 gün dərs olmayacaq
Baş Prokurorluq həkim Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat yayıb
“Azərpoçt” yeni “Mobil POS” xidmətini     istifadəyə       verib