Qərb ölkələri ilə Rusiya arasında münasibətlər sanksiyalardan azad olmalıdır.
Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Oxu24.com xəbər verir ki,bu barədə Bloomberg məlumat yayıb.
Hökumət başçısı hesab edir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir, çünki ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası gələn həftədən “yeni dövr” açmağa hazırdır.
“Ruslarla sanksiyalardan azad münasibət qurmağın vaxtı çatıb”, - Orban deyib.
Bundan əvvəl Avropa İttifaqının Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı mümkün vetosunu aradan qaldırmağın yollarını axtardığına dair məlumatlar ortaya çıxdı.
Bundan əvvəl Macarıstanın Aİ naziri Yanoş Boçka ölkəsinin Aİ-nin Rusiyaya qarşı sanksiyalarının daha 6 ay müddətinə uzadılmasını dəstəkləyib-dəstəkləməyəcəyinə hələ qərar vermədiyini bildirmişdi. Onun sözlərinə görə, Brüssel Trampla məsləhətləşmələrdən sonra müvafiq qərar qəbul etməlidir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR