Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128250
az

Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi

12:1417 Yanvar, 2025
42
  • A

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun ötən həftə ev dustaqlığına buraxılmış oğlu Mir Heydər İsmayılov yenidən həbs edilib.

 Oxu24.com  un əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişlərin şikayəti əsasında belə qərar qəbul edib.

Hakim dəymiş ziyanın tam ödənilmədiyini, zərərçəkmişlərlə barışıq əldə edilmədiyini əvvəlki qərarın ləğvi üçün əsaslar hesab edib.

Təqsirləndirilən İsmayılovun vəkili Orxan Zeynalov isə şikayətə etiraz edib. O, müvəkkilinin ağır xəstəlikdən əziyyət çəkdiyini və təqsirinin sübuta yetirilmədiyini deyib.  

Hakim Elbəy Allahverdiyev tərəfləri dinlədikdən sonra Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın qərarını əsassız sayıb.

Mir Heydər İsmayılov barəsində təkrar həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. 

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verərək onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. İsmayılov əvvəl həbs edilsə də bir müddət sonra ev dustaqlığına buraxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu
Bakıda avtomobil və iki       moped     qaçırıldı
Qusar meşələrində böyük əməliyyatla tutulanları- Hansı cəza gözləyir?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu