Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128212
az

Rusiya Qazaxıstanla iki sərhəd-keçid məntəqəsini müvəqqəti bağlayacaq

18:0316 Yanvar, 2025
47
DÜNYA
  • A

Qazaxıstanla sərhəddə iki keçid məntəqəsi müvəqqəti bağlanacaq.

Oxu24.com xəbər verir  ki,  bu barədə Rosqranstroy-un mətbuat xidməti məlumat yayıb.

Söhbət Orenburq vilayətindəki Orsk və Maştakovo avtomobil keçid məntəqələrindən gedir.

“2025-ci il fevralın 1-dən etibarən Orsk və Maştakovo avtomobil buraxılış məntəqələrindən nəqliyyat vasitələrinin və yüklərin keçidi müvəqqəti olaraq dayandırılacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, buna səbəb “Alimbet” və “Sırım” keçid məntəqələrinin planlı təmirə bağlanması olub. Qazaxıstan işin 16 aya qədər davam edəcəyinə aydınlıq gətirib.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Lvovda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra Polşa və Ukraynanın yaxın günlərdə yeni sərhəd-keçid məntəqəsini açacağını açıqlamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İraq uşaq nikahını qanuniləşdirib
Tramp Putinə nə deyib?
Britaniya xoru üzvlərinin yaşına görə dünyanın ən yaşlısı seçilib