Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128191
az

Restoranda döyüb 150 manatını aldı- Video

15:0416 Yanvar, 2025
57
  • A

Bakıda restoranda soyğunçuluq hadisəsi baş verib.

Oxu24.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 13-ü saat 03 radələrində naməlum şəxsin Nizami rayonu ərazisində 37 yaşlı M.Pənahova zor tətbiq edərək 150 manatını alması barədə polisə məlumat daxil olub.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb.

Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin görüntülərini təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı