Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128109
az

Avropa Məhkəməsi bu söküntüyə görə 2 milyona yaxın təzminat qərarı verdi

16:2015 Yanvar, 2025
43
KRİMİNAL
  • A

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə dair qərar çıxarıb. 

Oxu24.com  “haqqin.az”a istinadən xəbər verir ki, məhkəmə sözügedən qərarı Bakıda “Qış parkı”nın inşası zamanı evdən çıxarılan sakinlərin ifadələri əsasında verib.

Qeyd olunub ki, 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən çox yaşayış və qeyri yaşayış sahəsi sökülüb, sakinlər isə köçürülüb. 

Sakinlər mülkiyyət hüquqlarına müdaxilədən şikayət edərək ədalətli məhkəmə prosesinin aparılmasını tələb ediblər.

Məlumata görə, AİHM hələ 2022-ci ildə sözügedən işlə bağlı əksər sakinin hüququnun pozulmasını müəyyən edib və təzminatla bağlı məsələnin həlli üçün vaxt verib.

Beləliklə, məhkəmə yanvarın 14-də qərarını elan edib və bu qərara əsasən hökumət 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro həcmində təzminat ödəməlidir.

Ödəniş isə 3 ay ərzində həyata keçirilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı
Sevgilisinin xəyanətindən şübhələndi, qazini öldürdü - VİDEO
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı