Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128071
az

Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi birləşdiriləcək? -AÇIQLAMA

12:4615 Yanvar, 2025
39
  • A

Bir neçə müddətdir Dövlət Gömrük Komitəsinin, Maliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu qurumların bir sıra ölkələrdə birgə fəaliyyət göstərdiyi məlumdur. 

Bəs görəsən, Azərbaycanda adıçəkilən komitə, nazirlik və xidmətin birləşdirilməsi gözlənilirmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, 2025-ci ildə Azərbaycanda iqtisadi islahatların dərinləşəcəyi gözlənilir. 

O qeyd edib ki, instutisional islahatlarla bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sərəncamlar imzalanıb:

"Bu ilin Azərbaycanda yeni dövrün hədəflərinə uyğun olaraq islahatların dərinləşməsi ili kimi yadda qalacağı gözlənilir. Xüsusilə, idarəetmə sisteminin çevikliyinin artırılması ilə bağlı fəaliyyətlər davam etdiriləcək. Dövlət gəlirlərinin formalaşması, onların xərclənməsi ilə bağlı islahatlar da müzakirə edilən məsələlərdəndir. Ölkələrdə fərqli modellər var. Bir sıra qonşu ölkələrdə həm vergi yığma, həm də xərcləmə ilə bağlı vahid instutisional qurumlar fəaliyyət göstərir. Bəzi ölkələrdə Milli Gəlirlər Xidməti var və həmin xidmət bütün vergilərin toplanmasına məhsul qurumdur. Bəzilərində isə gömrük və vergi sistemləri ayrıdır. Azərbaycan da daha çevik modelin tətbiqini həyata keçirən ölkələrdəndir. Bu baxımdan, islahatların davam edəcəyi gözləniləndir. Sözsüz ki, instutisional istiqamətdə qəbul edilən qərarlarla bağlı da mütəmadi məlumatlar təqdim olunacaq".

Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə maliyyə naziri Samir Şərifov tutduğu vəzifədən azad edilib. Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub. S.Şərifov 2006-cı ilin aprel ayından maliyyə naziri vəzifəsində çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" - VİDEO
"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu