Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128030
az

Tulada xəstəxanada baş verən yanğın söndürülüb

21:3014 Yanvar, 2025
40
DÜNYA
  • A

Dekabrın 13-də Tulada hərbi hospitalda baş vermiş yanğın söndürülüb.

Oxu24.com xəbər verir  ki,bu barədə Tula vilayətinin qubernatoru Dmitri Milyaev öz Telegram kanalında məlumat verib.

“Saat 17:32-də [Moskva vaxtı ilə] Sovetskaya [küçə]dəki hərbi hospitalın binasında baş verən yanğının söndürülməsi üzrə işlər başa çatıb”, o yazıb.

Yanvarın 13-ü günorta saatlarında çağırışçıların müalicə olunduğu hərbi hospitalda yanğın baş verib, 57 nəfər binadan təxliyə edilib, hadisə nəticəsində xəsarət alan olmayıb. Regional hökumətin mətbuat xidmətinin məlumatına görə, yanğının ilkin səbəbi elektrik naqillərinin nasazlığıdır. Yanğınsöndürənlər alovun qonşu tikililərə keçməsinin qarşısını ala biliblər.

Milyaev onu da bildirib ki, yanvarın 13-də yanğın baş vermiş Tuladakı hərbi hospitalın binası gələcəkdə əsaslı təmir və bərpa işlərinin aparılması üçün söküləcək. Onun sözlərinə görə, binanın sahibi olan Rusiya Müdafiə Nazirliyinin nümayəndələri artıq gələcək işlərin planını müzakirə ediblər.

Bundan əvvəl Tulanın mərkəzindəki hərbi hospitalda baş verən yanğınla bağlı təfərrüatlar məlum olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Qəzzada mümkün atəşkəsə münasibət bildirib
ABŞ İranla da razılaşmaya hazırdır
Polşa Avropa İttifaqı və NATO-da Ukraynanın gələcəyini görmür