Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127994
az

Estoniya Rusiya ilə sərhədi bağlamağı təklif edir

17:2514 Yanvar, 2025
24
DÜNYA
  • A

Estoniyada müxalifət partiyası İsamaa hibrid hücumlar təşkil edildiyi iddia edilən ölkənin Rusiya ilə sərhədlərini bağlamağı təklif edib.

Oxu24.com xəbər verir  ki,bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Qeyd olunur ki, partiya lideri Urmas Reinsalu qanun layihəsini onun sözlərinə görə, Rusiyanın Estoniya və müttəfiqlərinə qarşı təşkil etdiyi bir neçə hibrid hücumla əsaslandırıb. Belə ki, o, dekabrda Rusiyanı Finlandiya körfəzində elektrik kabelini zədələməkdə ittiham edib.

Dekabrda Estoniyanın daxili işlər naziri Lauri Laanemets bildirmişdi ki, departament respublikanın Rusiya ilə sərhədinin bağlanmasını zəruri addım hesab etmir. O əlavə edib ki, hazırda təhlükəsizlik baxımından belə bir tədbirə ehtiyac yoxdur.

Ötən ilin iyununda Çexiyanın “Lidovky” nəşri yazmışdı ki, Polşa və Baltikyanı ölkələr özlərini Rusiyadan “dəmir pərdə” ilə hasarlamaq və onunla və Belarusla sərhəddə “aşılmaz sədd” qurmaq istəyirlər. Nəşr Britaniyanın baş naziri Uinston Çörçillin Fulton çıxışından 78 il sonra Avropada yeni Dəmir Pərdənin formalaşdığını bildirib.

Daha əvvəl bildirilmişdi ki, Estoniya bütün Rusiya ilə sərhədi müşahidə sistemləri ilə təchiz etmək niyyətindədir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın kürəkəni Albaniya kurortuna 1,4 milyard dollar sərmayə qoyub
Ağ Ev: ABŞ şəxsiyyət saxtakarlığından hər il 56 milyard dollar zərər çəkir
Olimpiya mükafatçısı 58 yaşında vəfat edib

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi