Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127991
az

Afiyəddin Məmmədova hökm oxundu

14:0714 Yanvar, 2025
24
KRİMİNAL
  • A

İctimai fəal Afiyəddin Məmmədova hökm oxunub.

Oxu24.com ın məlumatına görə, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, Afiyəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı Orxan Kəngərli təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

Qeyd edək ki, Afiyəddin Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib.

Qeyd edək ki, Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs    həbs       edildi
Avtobusdan düşüb yolu keçən tələbə qızı maşın     vurub     öldürdü

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı