Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127986
az

Hökumə Əliyevanın həyatı film olur

13:2014 Yanvar, 2025
25
CƏMİYYƏT
  • A

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə hazırlaşır.

Oxu24.com  AZƏRTAC-a istinadən xəbər verir ki, qısametrajlı sənədli film 2024-cü il dekabrın 25-də Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatından bəhs edəcək.

H.Əliyevaya həsr olunmuş qısametrajlı sənədli filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılır. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru ittifaqın İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Baş prokuror Qaradağda vətəndaşları qəbul edəcək
“Bəyaz” şadlıq sarayında saxta      içkilər      aşkarlandı

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi