Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127946
az

Tulada hərbi hospitalda yanğın lokallaşdırılıb

23:3113 Yanvar, 2025
57
DÜNYA
  • A

Tulada hərbi hospitalda baş verən yanğın lokallaşdırılıb.

TASS xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

“Yanğın qarşısı alınıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”, - məlumatda deyilir.

Bildirilir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 22 texnikası və 65 canlı qüvvəsi cəlb olunub.

Yanvarın 13-də günorta saatlarında Tulanın mərkəzindəki hərbi hospitalda yanğın baş verib. Binanın dam örtüyü qismən uçub.

Tula vilayəti hökuməti yanğının elektrik naqillərində nasazlıq səbəbindən başlaya biləcəyini bildirib. İlkin məlumata görə, yanğın yardımçı otaqda başlayıb.

Ölən və yaralananlar barədə məlumat verilmir. Müalicə müəssisəsində orduda xidmət edən rusiyalı hərbçilər müalicə olunurdu. Vilayətin qubernatoru Dmitri Milyayev bildirib ki, xəstələrin hamısı başqa xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl Tulanın mərkəzində hərbi hospitalda baş verən yanğınla bağlı təfərrüatlar məlum olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Ukraynaya sülhməramlılar göndərilməsi ilə bağlı bəyanat verib
Selena Qomez Trampın qərarlarına ağlayaraq    reaksiya    verdi
Rusiyanın İsveçdəki səfirliyinə hücumun     qarşısı      alınıb

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Nazirlik əməkdaşı cinayət məsuliyyətinə     cəlb     edildi