Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127925
az

Fiko Zelenskiyə qaz tədarükünü müzakirə etməyi təklif edib

19:4513 Yanvar, 2025
30
DÜNYA
  • A

Slovakiyanın baş naziri Robert Fiko Ukrayna lideri Vladimir Zelenskiyə qaz tranziti ilə bağlı müzakirələr aparmağı təklif edib.

Oxu24.com xəbər verir  ki,bu barədə “Reuters” yazır.

Jurnalistlər Slovakiya hökumətinin başçısının Ukrayna prezidentinə məktub göndərdiyini öyrəniblər. Orada o, Zelenskini iki ölkə arasında yaranmış mübahisənin həlli üçün addımlar atmağa çağırıb.

"Belə görüş Ukrayna vasitəsilə Slovakiya və digər ölkələrə qaz nəqli ilə bağlı açıq müzakirələr üçün yaxşı zəmin yaradacaq", - Fiko vurğulayıb.

2025-ci il yanvarın 1-dən Ukrayna Rusiya qazının öz ərazisi ilə Avropa ölkələrinə tranzitini dayandırıb. Rəsmi Kiyev Moskva ilə keçən il dekabrın 31-dək qüvvədə olan müvafiq razılaşmanı uzatmaqdan imtina edib.

Yanvarın 12-də Slovakiyanın baş naziri qaz tranzitinin bərpasına dair danışıqlar uğursuz olarsa, Avropa İttifaqından (Aİ) Ukraynaya yardıma veto qoyacağını vəd edib. Fikonun sözlərinə görə, respublika hakimiyyəti Kiyevlə dialoqun yaxın 3-4 həftə ərzində nəticə verməməsi şərti ilə cavab tədbirləri görməyə başlayacaq.

Bundan əvvəl Slovakiya Rusiyanın “Qazprom” şirkətinin ölkəyə yanacaq tədarükünü “başqa şəkildə” davam etdirəcəyini açıqlamışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu, Avropanın sonunu gətirəcək - Mask
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
İsraildən şok qərar

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb