Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127904
az

Xuraman həyat yoldaşından ayrıldı

13:3813 Yanvar, 2025
81
ŞOU-BİZNES
  • A

Aktrisa Xuraman Əlizadə həyat yoldaşından ayrıldığını açıqlayıb.

Oxu24.com xəbər verir ki, aktrisa bu haqda sosial şəbəkədə canlı yayımda deyib.

X.Əlizadə canlı yayımda ona “Ağsunun gəlini” yazan şəxsə belə cavab verib: “Daha deyiləm. Elə söhbətlər yoxdur artıq. Sözü dediniz, cavab verdim. Daha niyə yazırsınız?!”

O, kirayədə yaşadığını bildirib: “Evim var, sadəcə burada qalıram. Evi heç kimə verməmişəm, qapını bağlayıb çıxmışam. Nə olursa, uşaqlara olur, amma biz oğlumla güclüyük. O, atasının adını daşıyır. Sabah dərsə gedəndə niyə kimsə deməlidir ki, atan belədir. İmkan vermərəm. Məndən və ya eks-adamdan xoşun gəlmir, izləmə. Getsin ailə qursun, xoşbəxt olsun, mənim haqda danışanları blok edir, nə edir etsin. İnsanıq, həyatdır, birinci və sonuncu deyilik. Xoş günümüz də, pis günümüz də oldu. Sadəcə belə oldu. Yazırlar, yəqin özünə arıq qız tapıb. Xəyanət arıqlığa, köklüyə baxmır. Biz də xoşbəxt olmuşuq. Kişi var ki, xəyanəti ağılla yox, bədəni ilə edir. Kişi xislətidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Artıq, doğrudan da, ölü yuya bilərəm...”
“Məni gözdən salmaq cəhdləri var”- Video
Adının hallandığı qalmaqaldan ilk    dəfə     danışdı