Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127888
az

Qəza ərazisi simulyatorda göstərildi- Video

12:5313 Yanvar, 2025
63
MARAQLI
  • A

Ötən il dekabrın 25-də Bakı – Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəza etdiyi ərazi simulyatorda nümayiş etdirilib.

Oxu24.com  xəbər verir ki, bu barədə AzTV süjet yayımlayıb. 

Əvvəlcə, təlimçi-kapitan Vüqar Mehdizadə “Embraer 190” təyyarəsinin Aktauya enməsinin səbəbini açıqlayıb: “Nə üçün Bakı – Qroznı reysini yerinə yetirən təyyarə Aktauya yönəldi və hadisə orada baş verdi? Çünki bu bölgənin sahəsi tamamilə düzənlikdir. Orada dağlıq ərazilər yoxdur. Əgər pilotlar dağlıq ərazidə yerləşən hava limanlarına yönəlsəydi, yanlış seçim olardı. Çünki hava gəmisi idarəedilməz durumda idi. Kapitanın Aktauya yönəlməsi tamamilə doğrudur. Onlar çox çətin vəziyyətdə Qazaxıstana qədər getdilər”.

Daha sonra pilot, qəzadan 3 gün əvvəl həmin təyyarəni idarə edən Tural Şahverdiyev qəza edən pilotların seçimindən danışıb: “Təyyarə kapitanı Aktauya gələrək normal eniş etməyi düşünürdü. O, bir neçə dəfə havada dövrə vuraraq ən uyğun enişi etmək istəyirdi. Lakin son anda nə baş verdiyini heç kəs bilmir”.

Daha ətraflı videomaterialda:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto
İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış
Yuxuda hamilə qalmaq nəyə işarədir?

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi