Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127882
az

Beşiktaş bələdiyyəsinin sədri saxlanıldı

11:5513 Yanvar, 2025
24
DÜNYA
  • A

İstanbulun Beşiktaş rayonunun bələdiyyə sədri Rıza Akpolat Balıkesirdə saxlanılıb. 

Oxu24.com   xəbər verir ki, bu barədə məlumatı “Habertürk” yayıb. 

Bildirilib ki, R.Akpolat İstanbulda bəzi bələdiyyələrdə sədrlərə və bələdiyyələrin rəhbər şəxslərinə rüşvət verərək tenderlər təşkil edən və bu tenderləri öz şirkətlərinin qazanmasını təmin edən dəstə ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb. 

O, “cinayətkar təşkilata üzv olmaq”, “saxtalaşdırma” və “qeyri-qanuni yolla əmlak əldə etmək”də ittiham edilir.

Məsələ ilə bağlı ümumilikdə 47 nəfər barəsində saxlanılma qərarı verilib. 

Bununla yanaşı, şübhəli şəxslər siyahısında Esenyurtun keçmiş bələdiyyə sədri Ahmet Özer də var. 

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu məsələ ilə bağlı açıqlama verərək “Bələdiyyə sədrimizin yanındayıq, qanuni prosesi sona qədər izləyəcəyik” deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın andiçmə mərasimi ilə bağlı dəyişiklik ola bilər
"TikTok" ABŞ-da QADAĞAN olunur - Bu tarixdən...
Amerikalı kinorejissor 87 yaşında vəfat edib

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı