Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127831
az

Avropa Aİ-nin investorlar üçün cəlbediciliyinin aşağı düşdüyünü açıqlayıb

18:5511 Yanvar, 2025
44
DÜNYA
  • A

Avropa iqtisadiyyatı həddindən artıq bürokratiya və yüksək enerji qiymətləri səbəbindən rəqabət qabiliyyətini və investorlar üçün cəlbediciliyini itirir.

Oxu24.com xəbər verir  ki,bu barədə DPA agentliyi Avropa Komissiyasının hesabatına istinadən məlumat yayıb.

Hesabatın məlumatları göstərir ki, 2008-2021-ci illər arasında dəyəri 1 milyard dolları keçən Avropa startaplarının demək olar ki, üçdə biri ofislərini Aİ hüdudlarından kənara (əsasən ABŞ-a) köçürüb. Üstəlik, dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü Avropalıdır və Avropada əmək məhsuldarlığı ABŞ-dan aşağı olaraq qalır.

Sənəddə həmçinin qeyd olunur ki, enerjinin yüksək qiyməti (ABŞ-dan iki-üç dəfə yüksəkdir), ixtisaslı mütəxəssislərin çatışmazlığı və mürəkkəb bürokratik sistem Avropa iqtisadiyyatının inkişafına mane olan əsas amillərdir.

Almaniyadakı Xristian Sosial Birliyinin iqtisadi eksperti Markus Ferber Avropa Komissiyasının rəqabətqabiliyyətlilik məsələsini prioritetləşdirməsinin vacibliyini vurğulayaraq, Avropada rifahın aşağı düşməsi potensial təhlükəsi barədə xəbərdarlıq edib.

Bundan əvvəl Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni geosiyasi gərginliyin avrozona iqtisadiyyatına təsir etdiyini bildirmişdi.

Bundan əvvəl Dövlət Duması Kiyevin qazla bağlı qərarının Aİ iqtisadiyyatını məhv edəcəyini irəli sürmüşdü.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Keyt Middlton səhhəti ilə bağlı son vəziyyəti- Açıqladı
Putin və Trampın görüşünün mümkün yeri məlum olub
Bayden məxfi sənədlərləAğ Evi    tərk     edir