Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127825
az

Böyük Britaniyanın baş naziri Ukraynaya qoşun yeridilməsi ilə bağlı səfər edəcək

15:1011 Yanvar, 2025
68
DÜNYA
  • A

Böyük Britaniyanın baş naziri Keir Starmer atəşkəs əldə olunarsa, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanlarını müzakirə etmək üçün "yaxın həftələrdə" Ukraynaya səfər etməyi planlaşdırır.

Oxu24.com xəbər verir ki,bu barədə məlumatlı mənbəyə istinadən Bloomberg məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, Starmerin səfəri Avropanın Donald Trampın ABŞ prezidentliyinə qayıdışına hazırlığı fonunda baş tutacaq.


Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın Ramşteyn aviabazasında müttəfiqləri ilə görüşdən sonra Böyük Britaniyanın baş nazirinin planlaşdırılan səfərini xatırladıb, lakin səfərin dəqiq tarixləri açıqlanmayıb. Bloomberg qeyd edir ki, bu, Starmerin hökumət başçısı təyin edildikdən sonra Ukraynaya ilk səfəri olacaq.

Bundan bir gün əvvəl Starmer Çekersdəki ölkə iqamətgahında Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparıb. Baş nazirlikdən verilən açıqlamaya görə, tərəflər Ukraynanı sarsılmaz dəstəklədiklərini bir daha təsdiqləyib və 2025-ci ildə Kiyevin möhkəm mövqeyinin təmin edilməsinin vacibliyini vurğulayıblar. Bloomberg mənbələri bildirir ki, liderlər Ukraynada birgə sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanlarını da müzakirə ediblər. Agentlik qeyd edir ki, bu təşəbbüs Kiyev və Moskva arasında sülh razılaşmasının əldə olunmasından asılı olacaq, lakin Vladimir Putin hələ ki, danışıqlara hazır olduğunu nümayiş etdirməyib.

Almaniyanın Ramşteyn bazasında Ukrayna üzrə Təmas Qrupunun 25-ci iclası zamanı Vladimir Zelenski bildirib ki, Ukraynaya xarici sülhməramlı qüvvələrin yerləşdirilməsi Rusiyanı sülhə məcbur etmək üçün ən yaxşı vasitələrdən biri ola bilər. “Bunu mümkün etmək üçün praktik olaq. Biz Böyük Britaniyadan bu təşəbbüsü dəstəklədiyini təsdiqləyən siqnallar eşitmişik”, - deyə Zelenski vurğulayıb. O, həmçinin Fransanın Ukraynada tərəfdaş qoşunların yerləşdirilməsi təklifini xatırladıb və belə bir tədbirin sülhün əldə olunmasını sürətləndirəcəyini qeyd edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Qəzzada mümkün atəşkəsə münasibət bildirib
ABŞ İranla da razılaşmaya hazırdır
Polşa Avropa İttifaqı və NATO-da Ukraynanın gələcəyini görmür

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək