Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127818
az

General ekspertizadan imtina etdi- Həbsdə qaldı

13:4411 Yanvar, 2025
67
CƏMİYYƏT
  • A

10 il 6 aylıq həbsə məhkum edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyevin azadlığa çıxmaq məqsədilə məhkəməyə müxtəlif əsaslarla etdiyi müraciətlər davam edir. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkum generalın sonuncu müraciəti ilə bağlı ötən gün qərar açıqlanıb.

General Quliyev ərizəsində yazırdı ki, o, həbsdə ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən vaxtından əvvəl cəza çəkməkdən azad olunmaq istəyir.

Məlumat üçün deyək ki, ağır xəstəlikdən əziyyət çəkən məhkumlar həkim komissiyasının rəyi ilə vaxtından tez azadlığa buraxıla bilər.

6 ay əvvəl Xəzər Rayon Məhkəməsi məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin etmişdi. Maraqlıdır ki, Elçin Quliyev müayinə edilmək üçün cəzaçəkmə müəssisəsindən çıxmaqdan imtina edib. Bu barədə məhkəməyə məlumat daxil olub.

Belə olan halda hakim İlham Cəfərzadə yekun qərarını elan edib. Elçin Quliyevin müraciəti rədd edilib.

Generalın cəza müddətinin bitməsinə isə 1 il qalıb.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

165 nömrəli marşrutun       avtobusları            yenilənir
Sabah bu ərazidə       qaz           olmayacaq
Yolda hərəkət edən qapısız ambulansla bağlı- Açıqlama - Video

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək