BMT Rusiya prezidenti Vladimir Putinlə yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında istənilən təmasları dəstəkləyir.
Reuters xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibi Antonio Quterreşin ofisi məlumat yayıb.
BMT baş katibinin nümayəndəsi qeyd edib ki, “ABŞ və Rusiya arasında istənilən dialoq xoşdur”.
Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Trampın Konqresin razılığı olmadan Rusiyaya qarşı sanksiyaları qaldıra bilməyəcəyini və bunun onun üçün ciddi maneə olacağını bildirmişdi. Eyni zamanda o, Bayden administrasiyasının Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Tramp və komandasına məlumat verdiyini vurğulayıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR