Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127795
az

ABŞ bir sıra Rusiya bankları ilə əməliyyatlar üçün lisenziyaların müddətini uzadıb

21:2210 Yanvar, 2025
48
DÜNYA
  • A

ABŞ enerji sektorunda bir sıra Rusiya bankları ilə maliyyə əməliyyatları aparmağa imkan verən ümumi lisenziyanın müddətini 2025-ci il martın 12-dək uzadıb.

Oxu24.com xəbər verir ki,bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş sənəddə deyilir.

O, qeyd edir ki, sözügedən əməliyyatlar “energetika sektoru ilə bağlı əməliyyatları tamamlamaq üçün adətən zəruri olan” əməliyyatlardır.

Lisenziya əvvəlcə ABŞ Prezidentinin 14024 saylı Sərəncamına əsasən təqdim edilmişdir. O, neft, təbii qaz, kömür və bioyanacaq kimi enerji ehtiyatlarının hasilatı, emalı, daşınması və satışı ilə bağlı əməliyyatlara imkan verir.

ABŞ həmçinin bəzi Rusiya bankları ilə mülki nüvə layihələrinə xidmət göstərmək üçün maliyyə əməliyyatlarına icazə verən ümumi lisenziyanın müddətini bu ilin noyabrın 21-dək uzadıb.

Lisenziya 21 noyabr 2024-cü il tarixindən əvvəl başlanmış bu cür layihələrlə bağlı əməliyyatlara icazə verir. Lisenziya məhdudiyyətlərinə Macarıstanda Paks II atom elektrik stansiyasının tikintisi kimi bir sıra fərdi layihələrlə bağlı əməliyyatların, habelə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və Rusiya Federasiyasının Müdafiə Nazirliyi üçün debet əməliyyatlarının istisna edilməsi daxildir.

Bundan əvvəl ABŞ-ın sanksiyalarının Rusiya ilə BƏƏ arasındakı ödənişlərə təsir etdiyi bildirilirdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev
İran Ermənistana qoşun yeridəcək? -VİDEO
BMT Putinlə Trampın mümkün görüşündə maraqlıdır

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib