Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127784
az

Britaniya “Qazpromneft” və “Surqutnefteqaz”a qarşı sanksiyalar tətbiq edib

20:3010 Yanvar, 2025
31
DÜNYA
  • A

Böyük Britaniya Rusiyanın “Qazprom Neft” və “Surqutnefteqaz” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Oxu24.com xəbər verir  ki,bu barədə Britaniya Xarici İşlər Nazirliyinin cümə günü hökumətin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

“İlk dəfə olaraq Böyük Britaniya və ABŞ Rusiyanın “Qazprom Neft” və “Surqutnefteqaz” kimi iri neft şirkətlərinə qarşı birbaşa sanksiyalar tətbiq edir”, - press-relizdə qeyd edilir.

Yanvarın 10-da ABŞ Rusiyadan karbohidrogenlərin daşınması ilə məşğul olan, həmçinin Sovcomflot və Qazprom Neft şirkətləri ilə əlaqəli olan 100-ə yaxın gəmiyə qarşı sanksiyalar tətbiq edib. Yeni sanksiyalar çərçivəsində Rusiyanın 30-dan çox neft-mədən xidmətləri şirkətinin fəaliyyəti məhdudlaşdırılıb.

Təsirə məruz qalan şirkətlər arasında OFS Technologies, Achimgaz, Gazprom Shelfproekt, Atlas NNB, FrakJet-Volga, Investgeoservice, Naftagaz-Burenie, Petro Welt Technologies və TNG-Group, UDS Neft, eləcə də digər neft-mədən xidmətləri şirkətləri var.

ABŞ administrasiyası bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının, o cümlədən onun enerji sektoruna təsir edən tədbirlərin taleyi tamamilə Donald Trampın yeni administrasiyasından asılı olacaq.

Bundan əvvəl ABŞ Rosatom şirkətinin baş direktoruna qarşı sanksiyalar tətbiq edib.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amerika şirkətləri Rusiyada 1,2 milyard dollar ödəyib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib
Əsəd bir neçə gün Putinlə əlaqə saxlamağa çalışıb