Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127755
az

Prezident Fərman imzaladı

14:2610 Yanvar, 2025
22
İQTİSADİYYAT
  • A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən yeni istifadə qaydası təsdiqlənib. 

Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Fərman edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, bu Qayda Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini və şərtlərini müəyyən edir.

Agentliyin vəsaitindən ölkə üzrə rəqəmsal inkişafın təmin edilməsi, o cümlədən yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (həmçinin startapların) təşviqi, habelə innovasiya təşəbbüskarlığının təbliği məqsədilə istifadə edilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu günə olan      valyuta       məzənnələri
“Landmark” niyə 120 milyona satılır?- Rəsmi açıqlama
Qızıl və        gümüş         bahalaşdı