Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127733
az

Nazir müavinindən Bakı-Sumqayıt yolundakı sıxlıqla bağlı AÇIQLAMA

12:0610 Yanvar, 2025
38
SON DƏQİQƏ
  • A

“Sumqayıt, Xırdalan və Masazır istiqamətindən 20 yanvar metrostansiyası ətrafına axın səbəbilə yaranan sıxlıq problemi uzun müddətdir şəhər nəqliyyatını narahat edən məsələdir”.

Oxu24.com   xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair" keçirilən brifinqdə deyib.

“Burada qanunsuz daşımalar problemin yaranmasına şərait yaradır. Ona görə də Sumqayıt istiqaməti üzrə bizim 594 və 595 marşrutlarımız fəaliyyət göstərir. Gün ərzində hər iki marşrutla 12 minə yaxın sərnişin daşınır. Bu yalnız Sumqayıt üzrə gedən marşrutlarda daşınan sərnişinlərin sayıdır.

Yeni 508 saylı marşrut Saray istiqamətində sərnişindaşıma ilə məşğul olur. 1 həftə ərzində artıq sərnişin sayı 6 mini keçib. Görünən odur ki, bu istiqamətdə gedən sərnişinlərin sayı daha çoxdur və buna görə də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Buna dəmir yolunun inkişaf etdirilməsi də aiddir. Yol qovşaqları, yeni yolların inşası da bu tədbirlər sırasındadır”, - deyə nazir müavini bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ! 3 gün su olmayacaq
"MERO" rəisi yüksək vəzifəyə      təyin          olundu
Nazir müavinindən Bakı-Sumqayıt yolundakı sıxlıqla bağlı  AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı