Sasseks hersoqu Şahzadə Harri və hersoginya Meqan Kaliforniyada meşə yanğınlarından zərər çəkənlər üçün addım atıblar.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, onlar evlərini yanğınlardan zərər görən dostları və yaxınları üçün açdıqlarını bildirib.
Həmçinin cütlük yanğının təsirinə məruz qalmış icmaları yeməklə təmin etmək üçün Dünya Mərkəzi Mətbəxi ilə işləyirlər.
Bildirilir ki, Harri və Meqan gələcəkdə zərərçəkənlərə psixoloji yardım təklif etməyi də planlaşdırır.
Oxu24.com
ŞƏRHLƏR