Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127712
az

“Gec gəldilər, texnika da işləmədi deyə şadlıq evi bu vəziyyətə düşdü”- Video

10:5810 Yanvar, 2025
14
CƏMİYYƏT
  • A

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evlərindən birinin zirzəmisini və parklanma zonasını su basıb.

Oxu24.com un məlumatına görə, “Xəzər TV”nin hazırladığı sujetdə bildirilib ki, restoranın zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.

Şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən olub. Bununla bağlı dərhal aidiyyəti quruma müraciət ediblər: “Məlum oldu ki, subasmaya səbəb istilik borusunun partlaması nəticəsində olub. Aidiyyəti qurum gec reaksiya verdi, ilkin olaraq özümüz generatorları qoşduq. Gəldikləri zaman isə texnikalarından biri yararsız olduğu üçün, geri qayıtdılar. İstəyirik ki, bu problem tezliklə aradan qalxsın ki, başqa fəsadlar yaranmasın”. 

Məsələ ilə bağlı “Azəristiliktəchizat”dən bildirilib ki, magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir: “Həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. Magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmək üçün aidiyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır. Həmçinin, ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır, təcili texniki tədbirlər görülür və su çəkilir”. 

Daha ətraflı videomaterialda:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda
Şəhid atası        vəfat      edib
Əhaliyə xəbərdarlıq!Yanvarın 18-i axşamdan...

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı