Yanğın ABŞ-a milyardlarla ziyan vurub.
Oxu24.com xəbər verir ki, bu barədə Amerikanın JPMorgan Chase bankı məlumat yayıb.
Bankın proqnozlarına görə, Amerika ştatında baş verən yanğınlar nəticəsində sığorta itkiləri 20 milyard dolları keçə bilər.
Los-Ancelesdə on minlərlə sakin üçün məcburi təxliyə əmri verilib. Yanğınlar artıq mahalın tarixində ən dağıdıcı hadisə kimi təsvir edilib.
Yanvarın 7-də Los-Ancelesin qərbində küləyin təsiriylə meşə yanğını başlayıb. Yerli hakimiyyət orqanları Sakit Okean Palisades bölgəsinin sakinləri üçün məcburi təxliyə əmri verib. Yanğın sahəsi 13,44 kvadratmetrdən çoxdur.
Nigar
Oxu24.com
ŞƏRHLƏR