Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127686
az

Polşa Netanyahuya icazə verdi

21:2109 Yanvar, 2025
21
DÜNYA
  • A

Polşa hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarına baxmayaraq, İsrailin baş naziri Binyamin Netanyahuya Osvensim həbs düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı anım tədbirlərində iştirak etməyə icazə verib.

Oxu24.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk məlumat verib.

"Polşa Respublikası Hökuməti bəyan edir ki, o, İsrail Dövlətinin yüksək vəzifəli nümayəndələri üçün Auşvits-Birkenau konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə əlaqədar tədbirə sərbəst və təhlükəsiz girişi və iştirakını təmin edəcək", - o bildirib. 

Onun sözlərinə görə, Netanyahunun Polşaya səfəri “incə məsələ” olub. Varşava yüksək rütbəli qonaqların təhlükəsizliyinə zəmanət verməyə borcludur, lakin o, İsrailin baş nazirinin həbsinə order verən ICC-nin üzvüdür, Donald Tusk izah etdi. Lakin Polşa prezidenti Anjey Dudanın müvafiq müraciətindən və hökumət daxilində aparılan müzakirələrdən sonra Netanyahuya bu mühüm tədbirlərdə iştiraka icazə verilməsi qərara alınıb.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanı Osvensim şəhərinin azad edilməsinin 80 illiyinə dəvət etməkdən imtinanı pisləyib. Onun sözlərinə görə, ölüm düşərgəsi məhbuslarını azad edənlərin anım tədbirlərində təmsil olunmaması çox qəribədir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Rumıniyada müxalifətin mitinqi keçirilir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb