Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127672
az

Rusiya bu ölkəyə taxıl bağışladı

20:4609 Yanvar, 2025
8
DÜNYA
  • A

Rusiya Qambella bölgəsindəki qaçqınlar üçün ərzaq yardımı olaraq Efiopiyaya 1630 ton taxıl bağışlayıb.

Oxu24.com xəbər verir ki,bu barədə Rusiyanın respublikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) belə yardımın göstərilməsini alqışlayıb.

“Rusiya Federasiyasının ianəsi Ümumdünya Ərzaq Proqramına Efiopiyanın Qambella bölgəsindəki 163 240 qaçqına ərzaq yardımı göstərməyə imkan verəcək”, - diplomatik nümayəndəlik bildirib.

Rusiyanın Əddis-Əbəbədəki səfiri Yevgeni Terekhin Adamada taxıl tədarükü mərasimində iştirak edib. O, ümid etdiyini bildirib ki, Rusiya taxılının təhvil verilməsi Efiopiyaya quraqlıqdan əziyyət çəkən bölgələrdə ehtiyacı olan əhalini dəstəkləməyə kömək edəcək.

Xatırladaq ki, oktyabrda Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Moskva Efiopiyanın BRİKS-dəki işinə kömək etməyə davam edəcək. Onun sözlərinə görə, əksər qlobal və regional məsələlərdə Moskva və Efiopiyanın mövqeləri çox vaxt yaxındır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Paşinyan yaxın aylarda istefa verəcək"
"ABŞ-nin heç bir sahədə rəqibə ehtiyacı yoxdur" -Lavrov
Ukraynada hərbi vəziyyət rejimi         yenə      uzadıldı