Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127597
az

İbadət Məhərrəmovdan Vilayət Eyvazova şikayət edildi

23:3308 Yanvar, 2025
100
CƏMİYYƏT
  • A

Ağstafa rayon Köçəsgər kənd sakini  Mehman  Məmmədovun  iddiasına  görə, tanışı şəmkirli iş adamı İbadət Məhərrəmov  ondan oğlu Sərxan Məmmədovun    yüngül  cəza veriləcəyi adı ilə   58 min manat və 4500 ABŞ dolları pulunu aldatma yolu ilə ələ keçirdiyinə dair dəfələrlə ətraflı məlumat vermişdik.

CityPost.az xəbər verir  ki,Mehman Məmmədovun dediyinə görə, aldatma yolu ilə ələ keçirdiyi pulları İbadət Məhərrəmovdan dəfələrlə  geri tələb etsə də, O danışıqlar yolu ilə vaxt udmağa çalışmış və nəticədə aldığı pulları geri qaytarmaqdan imtina etmişdir. Əlacsız qalan zərərçəkən  Mehman Məmmədov Baş Prokurorluğa məruz qaldığı dələduzluq əməlinə görə müraciət edib.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən araşdırılan iş hadisənin baş verdiyi əraziyə -aiddiyatı üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir.

Cinayət İşi Tovuz Rayon Polis Şöbəsinin  müstəntiqi baş polis leytenantı  Elnar Məmmədov tərəfindən yetərincə araşdırılmadığı  üçün Tovuz Rayon Prokuroru tərəfindən yenidən hərtərəfli araşdırma üçün istintaq mərhələsinə qaytarılmışdır.

Bu barədə zərəçəkmiş Mehman Məmmədova Tovuz Rayon Prokurorluğu tərəfindən məktub da göndərilib. Müstəntiq Elnar Məmmədovun ləğv edilmiş qərarından ruhlanan İbadət Məhərrəmov zərərçəkmiş Mehman Məmmədovu şərəf və ləyaqətini alçaltdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə dair xüsusi ittiham qaydasında Ağstafa Rayon Məhkəməsinə müraciət edib. İbadət Məhərrəmov tərəfindən verilmiş  xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə iş  Ağstafa rayon məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında araşdırılıb.
Mehman Məmmədov məhkəməyə vəsatət verərək bildirmişdi ki, Tovuz Rayon Prokurorluğu  müstəntiq Elnar Məmmədov tərəfindən onun şikayətinə əsasən cinayət işinin başlanmasının rədd olunmasına dair çıxardığı qərar ləğv edildiyi üçün İbadət Məhərrəmovun onun barəsində məhkəməyə verdiyi şikayət ərizəsi baxılmamış  saxlanılmalıdır.Hakim Natiq Abbasov tərəfindən vəsatət  təmin edilərək və Tovuz Rayon Polis Şöbəsinə  müvafiq sorğu göndərilmişdi. Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, şikayətçi M.Məmmədovun ərizəsi əsasında İbadət Məhərrəmov barədə materiallar toplanıb,araşdırma aparılır. 8 dekabr  2024-cü il tarixdə keçirilən məhkəmə iclasına İ.Məhərrəmovun  vəkili  Bəxtiyar Muradov elektron qaydada  ərizə ilə müraciət edərək müvəkkilinin M.Məmmədov barədə verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürdüyünü bildirib.
 

Citypost.az xəbər verir ki,şikayətçi Mehman Məmmədov bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun  İsmayıllı rayonunda keçirilən qəbulunda olub. Görüş zamanı Mehman Məmmədov işin Tovuz Rayon Polis Şöbəsində düzgün aparılmadığını və araşdırmanın ləngidilməsindən narazı olduğunu bildirib.Nazir vətəndaşı dinlədikdən sonra məsələnin daha obyektiv və ətraflı araşdırılması üçün müvafiq göstərişlər verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Uşaqlarda boy qısalığının səbəbi bu imiş
Bakı bazarlarında bu süd məhsulu tapılımır - ancaq sifarişlə gətirilir - VİDEO
Vaşinqtona uçan təyyarə qəza enişi etdi: yaralılar var -VİDEO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı