Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127595
az

"Şuşa" restoranı niyə sökülür? - Qeyri-qanuni olaraq sənədlər...

23:2208 Yanvar, 2025
35
MANŞET
  • A

Söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib.

OXU24.COM xəbər verir ki, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina edib:

“Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi,nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdi. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb”.

İcra Hakimiyyətindən qeyd olunub ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.

Bundan öncə sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən "Şuşa" restoranının sökülməsi ilə bağlı videokadrlar yayılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO
Məşhur müğənninin həyat yoldaşı onu ölüm ayağında tək qoydu - FOTO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib