Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Ata və oğul həbs olundu

KRİMİNAL

276

08.01.2025, 23:08

Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib.

DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar. Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.