ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ali Məhkəmədən Nyu-York məhkəməsinin keçmiş porno aktrisa Stormi Danielsə pul ödənilməsində saxta maliyyə sənədləri ilə bağlı hökm çıxarmasına mane olmağı xahiş edib.
Oxu24.com USNews-a istinadən xəbər verir ki, petisiyada siyasətçinin cinayət təqibindən prezidentin toxunulmazlığı ilə qorunduğu bildirilir.
Hökm yanvarın 10-na təyin edilib. Trampın vəkilləri əvvəlcə Nyu-York apellyasiya məhkəməsinə vəsatət qaldırsalar da, məhkəmə hökmün dayandırılması tələbini rədd edib. Sənəddə qeyd edildiyi kimi, Ali Məhkəmə “ciddi ədalətsizliyin və prezidentlik institutuna və federal hökumətin fəaliyyətinə dəyən ziyanın qarşısını almalıdır”.
Donald Tramp 2024-cü ilin mayında maliyyə saxtakarlığı işində bütün 34 maddə üzrə təqsirli bilinib. İstintaq müəyyən edib ki, Tramp 2016-cı il seçkiləri öncəsi səssizliyə görə Stormi Danielsə 130 min dollar ödəyib. Noyabrda Nyu-York məhkəməsi ölkədə keçirilən prezident seçkiləri ilə əlaqədar iş üzrə hökmün təxirə salınmasına razılıq verib.
Bir gün əvvəl ABŞ məhkəməsi xüsusi prokuror Cek Smitin Trampa qarşı işlərin araşdırılması ilə bağlı hesabatının dərcini müvəqqəti olaraq bloklayıb. Xəbər verildiyi kimi, hesabat siyasətçinin məxfi sənədlərlə işləməsi, həmçinin 2020-ci il seçkilərində Co Baydenin qələbəsini alt-üst etmək cəhdləri ilə bağlıdır. Trampın vəkilləri qeyd ediblər ki, hesabat “ictimai maraqlara uyğun deyil”.
Nigar
Oxu24.com
ŞƏRHLƏR