Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127568
az

Gürcüstan Avropa Parlamentinin Rusiya ilə müharibəyə başlamaq tələbindən danışıb

18:5708 Yanvar, 2025
7
DÜNYA
  • A

Avropa Parlamenti yeni qətnaməsində Gürcüstandan Rusiya ilə müharibəyə başlamağı tələb edə bilər.

Oxu24.com  xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının siyasi şurasının bəyanatında deyilir.

“Mövcud tendensiyaları nəzərə alaraq, Avropa Parlamentinin növbəti qətnaməsində yüksək ehtimalla Gürcüstandan açıq şəkildə Rusiya ilə müharibəyə başlamaq tələb olunacaq”, - partiya mümkün tələblə bağlı bildirib.

Bəyanatda həmçinin Avropa Parlamentinin Gürcüstana həsr olunmuş artıq qəbul edilmiş beş qətnaməsi də xatırladılıb. Onlar, xüsusilə, Rusiyaya və “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqini, həmçinin ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılmasını tələb ediblər.

Bundan əvvəl Rusiya Gürcüstan-Rusiya diplomatik dialoqunun qurulması şanslarını dəyərləndirib. Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO) ekspertlərinin fikrincə, iki ölkə arasında münasibətlərin bərpası yaxın gələcəkdə baş verməyəcək.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da ötən gün 956 qanunsuz miqrant həbs edilib
Aİ Rusiyaya qarşı sanksiyaları uzadacaq
Məhkəmə keçmiş qazax deputata 8 ilhəbs    cəzası   verdi