Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127543
az

"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi

14:3008 Yanvar, 2025
18
KRİMİNAL
  • A

Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Oxu24.com  ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsidə hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Pərviz Xudaverdiyevin qardaşı şahid qismində ifadə verib.

Şahid Şahin Xudaverdiyev bildirib ki, onun eşitmə, görmə və yaddaşla bağlı problemi olduğu üçün hadisəni dəqiq xatırlamır:

"Mən heç nə bilmirəm. Onu eşitmişəm ki, qardaşım qudam Cavanşiri öldürüb. Kim demişdi xatırlamıram. Məsələ isə qızımla əlaqədar olmayıb. 5 ildən sonra qızımı boşatdırıb gətirdim evə. Sosial şəbəkədə paylaşılanlardan da xəbərim yoxdur. Mən köhnə model telefon istifadəçisiyəm".

Bu zaman hakim Novruz Kərimov ona qardaşının bunu niyə etməsinin səbəbini soruşub. Şahid cavab verib ki, qardaşı da daxil olmaqla ailəsinin bir neçə üzvü ruhi xəstəlikdən əziyyət çəkib:

"Bizim ailədə ikinci qardaşımdan başqa hamı ruhi dispanserdə müalicə alıb. Pəvizin də belə problemi olub. Ümumiyyətlə, hadisəni niyə törətdiyini bilmirəm. Silah-sursat da görməmişəm". 

Dövlət ittihamçısı şahidə Amin Xudaverdiyevin qətli ilə bağlı da sual ünvanlayıb. Belə ki, istintaq materiallarına əsasən hər iki qətlin əlaqəli olduğu ilə əlaqədar əsaslı şübhələr müəyyən edilib. Şahin Xudaverdiyev bildirib ki, qətlə yetirilən hər iki şəxsin bir-birilə əlaqəsi yaxşı olub. Onların arasında ədavət olması ehtimalı ilə bağlı məlumatı yoxdur.

Növbəti proses 22 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub. Belə ki, C.Abdullayev Pərvizin əmisi Mərdəkanlı Amilin qudası imiş. 

İlkin iddiaya görə, C. Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Belə ki, Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P. Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.

Onu da xatırladaq ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü
Azərbaycanda 15 yaşlı qız intihar etdi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb