Qərb dövlətləri “yeni tələblər” irəli sürmək qərarına gələrsə, Türkiyə və Suriya silahlı qüvvələri Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayacaq.
Oxu24.com xəbər verir ki,bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Jurnalistlər qeyd ediblər ki, Suriya ərazisində yerləşən PKK üzvləri respublikanın başqa administrasiyasının yaradılmasında israr etməkdə davam edirlər. Bunun fonunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan onlara xəbərdarlıqla müraciət edib.
“Əgər PKK silahı yerə qoymasa, başqa administrasiyada israr etməyə davam edərsə <...> və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, [Türkiyə Silahlı Qüvvələri] birlikdə genişmiqyaslı hərbi əməliyyat keçirəcək. Suriya dövləti ilə əlaqə qaçılmaz olacaq”, - materialda deyilir.
Eyni zamanda, məqalə müəllifləri Qərb dövlətlərinin hansı “yeni tələblərinin” Ankara və Dəməşq arasında birgə əməliyyatın başlamasına səbəb ola biləcəyini dəqiqləşdirməyiblər.
Nəşr həmçinin vurğulayır ki, Türkiyə PKK-nın “varlığını davam etdirməsi” üçün deyil, Suriyada vəziyyəti sabitləşdirmək üçün səy göstərib. Hazırda Ankara bu məsələdə “A Planı”na sadiqdir, amma “B planı” da var.
Yanvarın 7-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı Kürdüstan Fəhlə Partiyasının üzvlərinə ultimatum verilməsindən danışıb. Onun sözlərinə görə, respublika hakimiyyəti PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.
Bundan əvvəl Türkiyə Suriyanın “parçalanmasının” qarşısını alacağına söz vermişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR