Ukraynanın Rusiya qazını öz ərazisindən tranzit etməkdən imtina etməsi Aİ ölkələrinə 100 milyard dollara başa gələcək.
Oxu24.com xəbər verir ki,bu qiymətləndirməni Metlen Energy Metals sənaye və enerji şirkətinin idarəedici direktoru Evangelos Mytileneos Yunanıstanın İkonomikos Tahidromos portalının jurnalistləri ilə söhbətində verib.
“Biz hədə-qorxu gələn bazara təbii qaz idxalının 5 faizini itiririk. Biz [Hollandiya qaz qovşağı] TTF-də qiymətlərin meqavatsaat üçün 30 avrodan 50 avroya qalxdığını gördük. 20 avroluq bu fərq təkcə Ukrayna vasitəsilə idxala deyil, ümumilikdə bütün idxala aiddir, çünki tədarük müqavilələri TTF qiymətinə bağlıdır”, - ekspert öz hesablamalarını bölüşüb.
O əlavə edib ki, Avropa 500 milyard kubmetr təbii qaz idxal edir. Xərcdə 20 avro artımı nəzərə alsaq, bu, 100 milyard avro itki deməkdir.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ilə əlaqədar Avropada yanacağın qiyməti 20 faiz artıb. Onun fikrincə, günahkar “müəyyən nəqliyyat marşrutlarını bağlayaraq təbii qazın miqdarının süni şəkildə azaldılması” olub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR