Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127451
az

Polisin “saxla” əmrinə tabe olmadı- 15 günlük həbs edildi

15:1807 Yanvar, 2025
17
KRİMİNAL
  • A

İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib.

Oxu24.com  DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, saxlanılan sürücünün sürücülük hüququnun olmaması da müəyyən edilib.

Belə ki, İmişli RPŞ-nin DYP Bölməsinin əməkdaşları "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaratdığı üçün "saxla" işarəsi veri.

Lakin sürücü, rayon sakini Şahin Tağızadə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olmaması müəyyən edilib.

Ş.Tağızadə barəsində protokol tərtib edilib və o, 750 manat məbləğində cərimə olunub.

Bundan başqa, Beyləqan RPŞ-nin DYP Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi
Qazaxda evdə yanğın -VİDEO
Xaçmaz sakinindən "Kalaşnikov" götürüldü- VİDEO

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi