Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127442
az

Prokuror Afiəddin Məmmədova cəza istədi

14:0407 Yanvar, 2025
21
KRİMİNAL
  • A

Qəsdən bədənə ağır xəsarət yetirmə maddəsi ilə təqsirləndirilən Afiəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu24.com ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxış edərək Afiəddin Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 14 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi
Qazaxda evdə yanğın -VİDEO
Xaçmaz sakinindən "Kalaşnikov" götürüldü- VİDEO

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi