Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127372
az

Minsk inkar edir: Lukaşenko Zelenskidən üzr istəməyib

17:4306 Yanvar, 2025
37
DÜNYA
  • A

Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib ki, Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya müdaxiləsinin əvvəlində Ukrayna prezidenti Vladimir Zelenskidən heç bir üzr istəməyib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski podkaster Lex Friedman-a müsahibəsi zamanı Lukaşenkonun “xüsusi əməliyyatın birinci və ya ikinci günü” ondan üzr istədiyini deyib. Onun sözlərinə görə, Belarus rəhbəri Ukraynaya zərbələrin endirilməsi barədə göstəriş vermədiyini bildirib və həmçinin deyib: “Üzr istəyirəm. İnanın, Volodya, mən deyiləm. Mən vəziyyətə nəzarət etmirəm, sadəcə raketlərdir, Putindir”.

“Belarus prezidenti Zelenskidən üzr istəmədi, ona görə ki, üzr istəməyə heç bir şeyimiz yoxdur”, - deyə Natalya Eysmont RBC-yə şərhində vurğulayıb.

Eysmont bildirib ki, müharibənin əvvəlində dövlət başçıları arasında dialoq prezidentin oğlu Nikolay Lukaşenkonun reaksiyası sayəsində baş tutub. Telefon danışığı zamanı Belarus prezidenti Zelenskini qarşıdurmaya son qoymağa çağırıb, çünki o, “insanların ölümünə görə hamıdan çox cavab verməli olacaq”. “Buna görə də prezidentimiz danışıqlar masası arxasına əyləşməyə çağırıb, bu, aparılıb: üç raund Belarusda, sonra isə İstanbulda danışıqlar aparılıb”, - mətbuat katibi əlavə edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın hər yerində həyəcan     siqnalı        verilib
"Zelenski psixiatra müraciət etməlidir"
Çində yenə   zəlzələ    oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi