Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127371
az

Bərzani Suriya hakimiyyəti ilə kürdlər arasında vasitəçi oldu

17:3906 Yanvar, 2025
42
DÜNYA
  • A

İraq Kürdüstanının keçmiş rəhbəri Məsud Bərzani Suriya kürdləri ilə Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni Suriya hakimiyyəti arasında vasitəçidir.

 

Oxu24.com  xəbər  verir ki,bu barədə İraqın “Baghdad Today” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.


Qeyd olunur ki, vasitəçilik tərəflər arasında dialoqun aparılmasına yönəlib.

Agentlik həmçinin bildirir ki, İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani Suriyaya səfər etmək niyyətindədir, bu şərtlə ki, bu səfər Suriyanın şimal-şərqindəki bölgələri də əhatə etsin ki, iki tərəf arasında baxış bucaqları daha da yaxınlaşsın.

Yanvarın 1-də Əhməd əl-Şaraa Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb. Tərəflər hərbi məsələləri müzakirə ediblər. Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru Rami Əbdül Rəhman təsdiqləyib ki, əl-Şara və SDQ-nin “komandiri” Mazlum Abdi arasında görüş Dəməşqin şimal-şərqində yerləşən Dumeyr hərbi hava limanında baş tutub. Məlumatlı mənbə izah edir ki, “görüş danışıqlar xarakteri daşımayıb, daha çox tanışlıq və ilk üz-üzə görüş çərçivəsində baş tutub”.

Mənbə Amerika tərəfinin bu görüşdə fəal iştirak etdiyini bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan geri çəkildi: Bunu etməyə cəsarəti çatmadı
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi
Makron gəncləri orduya çağırdı: Fransada nə baş verir?

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi