Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127366
az

Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama

16:4506 Yanvar, 2025
51
CƏMİYYƏT
  • A

Son günlərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara bir ay içərisində iki dəfə borc qəbzi göndərilməsi ilə bağlı paylaşımlar edilir.  

Oxu24.com xəbər verir ki, vətəndaşlar onlardan biraylıq ödənişin iki dəfə, qalıqlı şəkildə tələb edildiyini iddia edirlər. Belə bir halın ötən illərdə qeydə alınmadığını, yalnız ötən ilin sonu belə vəziyyətlə üzləşdiklərini əlavə ediblər.

Bəzi qaz istehlakçıları hətta ikinci qəbzdə qeyd edilən borcun onlara aid olmadığını, bunu araşdıracaqlarını da qeyd ediblər. 

Məsələ ilə bağlı “Azəriqaz” İB-nə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ilin son ayı olduğu üçün bildiriş vətəndaşlara iki dəfə göndərilir: “İki dəfə bildiriş göndərilsə də, bu, əslində bir ayın sərfiyyatıdır. Ayın 1-dən 15-nə, 15-dən isə 30-na qədər.

Bildiriş təbii ki, məcburi deyil. Abonent bunu bir ayın tamamında ödəməlidir. Yəni vətəndaşın istehlak olan qazın pulunu ödəmək üçün 30 gün müddəti var. 

Elə olur, əvvəldən ödəyirlər ki, rahat olsun. Sadəcə iki dəfə gəlməsi növbəti ilə çoxlu debitor borcdan çıxılmaması üçündür. Amma bu, məcbur deyil. İstəyən ödəyir, istəməyən isə növbəti aydan ödəyə bilir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi