Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127325
az

“Oleq Bakinski”yə əlavə ittiham irəli sürüldü

12:0906 Yanvar, 2025
22
KRİMİNAL
  • A

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (“Oleq Bakinski”) hakim qarşısına çıxarılır.

“Qafqazinfo”nun məlumatın görə, iş üzrə ibtidai araşdırma artıq tamamlanıb.

Bakinskiyə yekun olaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. 

Bakinski xuliqanlıq cinayətinə görə ikinci şəxslə birgə mühakimə ediləcək. Həmin şəxs Ukrayna vətəndaşı Kucher Kostıantyn Antonovichdir. O da hazırda həbsdədir. 

Cinayət işi üzrə Zaxarenkov Valeriy Nilolayeviç, “Avıazapchast” ASC və "Promyshlenye Postavkı Kazakhstan” MMC zərərçəkmiş qismində tanınıb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Oleq Bakinskinin təqsiri sübuta yetirilərsə, 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi
DTX-nin həbs etdiyi İvan Svetliçnıy hakim     qarşısına     çıxarıldı