Qusarda dumanlı hava şəraiti ölümlə nəticələnən qəzaya səbəb olub.
OXU24.COM xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.
Belə ki, hava şəraitinin dumanlı olması səbəbindən "Nissan Patrul" markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək hərəkətdə olan "Mercedes Viano" markalı sərnişin mikroavtobusuna dəyib, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Ə.Z hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR